Tbilisi Meriyası "Yaşlı nəsil üçün idman" proqramına qoşulmaq üçün idman obyektlərinin qeydiyyatına başlayır
Tbilisi Meriyası "Yaşlı nəsil üçün idman" proqramına qoşulmaq üçün idman obyektlərinin qeydiyyatına başlayır

 

“Yaşlı nəsil üçün idman”- proqramının aktuallığından irəli gələrək, eləcə də coğrafi əlçatanlığın artırılması məqsədilə Tbilisi Meriyasının təşəbbüsü ilə proqramın genişləndirilməsi və müxtəlif özəl və dövlət hüquqi şəxslərin (idman təşkilatları) ona qoşulması planlaşdırılır, bunun üçün munisipalitet obyektləri qeydiyyata almağa başlayır.

Yaşı 60 və 60-dan yuxarı olan vətəndaşların fiziki aktivliyinin və sağlamlığının təşviqi məqsədilə paytaxt meriyası ötən ilin oktyabr ayından munisipalitetin tabeliyindəki mövcud idman mərkəzlərində qeyd olunan proqramı həyata keçirir.

Tbilisi Meriyasının məlumatına görə, aşağıdakı tələblərə cavab verən istənilən idman obyekti proqrama qoşula bilər:

a) bir məkanda fəaliyyət göstərən və elektron davamiyyət qeydiyyatı cihazı ilə təchiz edilmiş üzgüçülük hovuzu və fitnes salonu;

b) gigiyena normalarına əməl edilməsi və fəaliyyət göstərən duş otağının olması;

c) sertifikatlı həkim, fitnes təlimatçısı və xilasedici və ya təlimatçı olmalıdır;

ç) eyni zamanda ən azı 20 istifadəçiyə xidmət göstərmək üçün nəzərdə tutulmuş üzgüçülük hovuzu (uzunluğu 15 m-dən, eni 10 m-dən az olmayan, dərinliyi 1,20 m-dən az olmayan);

e) eyni zamanda ən azı 15 istifadəçiyə xidmət göstərmək üçün nəzərdə tutulmuş fitnes salonu (məşq sahəsi 150 kv. m-dən az olmayan).

Xidmət təminatçısı alt proqrama daxil olmaq üçün müraciətə əlavə etməlidir:

a) həkimin ali tibb təhsilini təsdiq edən sənəd (diplom) və/və ya lisenziyanı ;

b) xilasedici/təlimatçının və fitnes təlimatçısının sertifikatlaşdırılmasını təsdiq edən sənədi;

c) Üzgüçülük hovuzunu, fitnes salonunu, duş və sanitar qovşağı əks etdirən fotoşəkilləri.

Xidmət göstərmək istəyənlər, alt proqrama qoşulmaq tələbi ilə Tbilisi meriyasının Mədəniyyət, Təhsil, İdman və Gənclərlə İş üzrə Şəhər Xidmətinə müraciət etməli və iş yerinin rəhbərinin əmri ilə müəyyən edilmiş ərizə formasını təqdim etməlidirlər.

Xidmət təminatçılarının müraciətləri Tbilisi Meriyasının ünvanında qəbul ediləcək: Şartava k. N7, meriyanın dəftərxanası.

Maraqlanan şəxslər həmçinin Tbilisinin rayon icra hakimiyyətlərinin xidmət mərkəzlərinə və ya www.ms.gov.ge elektron platformasına (elektron imza üçün xüsusi cihaz tələb olunur) müraciət daxil edə bilərlər.