Tbilisi Meriyası - Vaja-Pşavelanın IV kvartalında liftlər bərpa edilib
Tbilisi Meriyası - Vaja-Pşavelanın IV kvartalında liftlər bərpa edilib

 

Tbilisi Meriyasının yaydığı məlumatda Vake rayonunun icra hakimiyyətinin kooperativlərlə əməkdaşlığı davam etdirdiyi və onların müraciəti əsasında Vaja-Pşavelanın IV kvartalının N3a binasında yeni liftləri quraşdırdığı deyilir.

Meriyanın mətbuat xidmətindən açıqlandığı üzrə görülən işlər nəticəsində Karaçarov tipli köhnə liftlər müasir tipli liftlərlə əvəz edilmiş, hərəkət üçün zəruri olan mexaniki detallar dəyişdirilib.

“Vake rayonunun icra başçısı Davit Kvinikadze parlamentdə Vakenin majoritar deputatı Nodar Turdzeladze ilə birlikdə yerli sakinlərlə görüşüb.

Liftlərin bərpası layihələrinin maliyyələşdirilməsi mərhələli şəkildə və büdcə vəsaitləri nəzərə alınmaqla həyata keçirilir. Bu il artıq 36 liftin təmiri maliyyələşdirilib, onlar arasında 15-i Karaçarov tipli liftlərin əvəzlənməsi layihəsidir.

“Mənzil mülkiyyətçiləri kooperativlərinin inkişafının təşviqi proqramı”nın qaydasına əsasən, işlərin icrası zamanı layihələrin dəyərinin 5 faizi kooperativin ümumi hesabında qalır və sakinlər tərəfindən binanın ümumi ehtiyacları üçün istifadə olunacaq. Kooperativ qeyd olunan proqram çərçivəsində maliyyələşdirilən işlər nəticəsində bərpa edilmiş və kooperativin ümumi istifadəsində olan əmlakın qorunub saxlanmasına-qayğı göstərilməsinə borcludur”- deyə Tbilisi Meriyasının məlumatında qeyd olunur.