Tbilisi Meriyası - Titsian Tabidzenin birinci döngəsi yaxınlığında yamac uçub, hadisə nəticəsində xəsarət alan olmayıb
Tbilisi Meriyası - Titsian Tabidzenin birinci döngəsi yaxınlığında yamac uçub, hadisə nəticəsində xəsarət alan olmayıb

 

Tbilisidə Titsian Tabidzenin birinci döngəsinin N24 yaxınlığındakı yamac uçub, hadisə nəticəsində xəsarət alan olmayıb-bu barədə Tbilisi Meriyası məlumat yayır.

Verilmiş məlumatda torpaq kütləsinin çökməsinə nəyin səbəb olduğunu öyrənmək üçün Tbilisi Meriyasının müvafiq xidmətlərinin, Milli Ətraf Mühit Agentliyinin, Tbilisinin Munisipal Laboratoriyasının və Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun nümayəndələrinin hadisə yerində olduqları deyilir.

“Bu mərhələdə yamac gözdən keçirilir. Mütəxəssislərin ilkin rəyi əsasında Tbilisi meriyası müvafiq qərar qəbul edəcək.

Ehtiyac yaranarsa, əhalinin təhlükəsizliyi məqsədilə munisipalitet onları müvəqqəti yaşayış yerləri ilə təmin etməyə hazırdır”-deyə Tbilisi Meriyasının məlumatında qeyd olunur.