Tbilisi Meriyası - Tbilisi Meriyasının sosial cəhətdən həssas ailələri Yeni il sovqatı olmadan buraxması barədə məlumat yalandır və munisipalitetin nüfuzuna xələl gətirməyə xidmət edir
Tam məsuliyyətlə bildiririk ki, əvvəlki illərdə olduğu kimi pulsuz yeməkxanadan yararlanan ailələrin heç biri bu dəfə də sovqatsız qalmayacaq- bu barədə Tbilisi Meriyasının bəyanatında deyilir.
Onların öz açıqlamalarına əsasən, Yeni il sovqatı ailələr üçün müəyyən edilib və ailə fərdlərinin sayına görə veriləcək.
“Biz Tbilisi Meriyasının pulsuz yeməkxanalardan faydalanan Tbilisidə yaşayan sosial cəhətdən həssas ailələrin bir hissəsini Yeni il sovqatı olmadan buraxması ilə bağlı teleşirkətlərdən birinin yaydığı dezinformasiyaya münasibət bildirmək istəyirik. Tam məsuliyyətlə bildiririk ki, əvvəlki illərdə olduğu kimi pulsuz yeməkxanadan yararlanan ailələrin heç biri bu dəfə də sovqatsız qalmayacaq. Yeni il sovqatları ailələr üçün müəyyən edilib və ailə fərdlərinin sayına görə veriləcək. Nümunə üçün, 2-3 üzvdən ibarət ailəyə iki səbət, 4-5 fərdi olan ailəyə üç səbət, 6-7 nəfərlik ailəyə dörd səbət və s.
Ailə fərdlərinə əsasən sovqatların verilməsi təcrübəsi uzun illərdir ki, qüvvədədir. Son illərdə Yeni il sovqatlarının tərkibi xeyli artıb, o, xeyli rəngarəngləşib və müvafiq olaraq büdcə də artıb. Bir daha qeyd edirik ki, pulsuz yeməkxanalardan yararlanan ailələr ailə fərdlərinə əsasən qeyd olunan tərkibdə bir sıra sovqatlar əldə edəcəklər. Məhsulların sayı bir deyil, bir neçə nəfər tərəfindən istehlak edilə bilən şəkildə müəyyən edilir. Müvafiq olaraq, guya Tbilisi Meriyasının sosial cəhətdən həssas ailələri Yeni il sovqatı olmadan buraxması barədə mediada yayılan məlumat tam yalandır və munisipalitetin nüfuzuna xələl gətirməyə xidmət edir” – meriyanın bəyanatında deyilir.