Tbilisi Meriyası - Sərnişin məlumat saytı və mobil tətbiqin köhnə versiyası mayın 31-dən ləğv ediləcək, vətəndaşları mobil tətbiqin yenilənmiş versiyasından istifadə etməyə çağırırıq
Tbilisi Meriyası - Sərnişin məlumat saytı və mobil tətbiqin köhnə versiyası mayın 31-dən ləğv ediləcək, vətəndaşları mobil tətbiqin yenilənmiş versiyasından istifadə etməyə çağırırıq

 
Tbilisi Nəqliyyat Şirkətinin martın 25-dən istifadəyə verilmiş yenilənmiş məlumat saytının və mobil tətbiqin sınaq iş rejimi başa çatıb.

Tbilisi Meriyasının məlumatına əsasən, mobil tətbiqin aktiv istifadəçilərinin əksəriyyəti yenilənmiş proqramdan hər iki platformada istifadə edir, ancaq vətəndaşların bir hissəsi hələ də köhnə serverlərin istifadəçisidir.

“Cari ilin mayın 31-dən köhnə serverlər söndürüləcək və proqramların əvvəlki versiyaları fəaliyyətini dayandıracaq. Bu səbəbdən vətəndaşları tətbiqin həm iOS, həm də Android istifadəçiləri tərəfindən yüklənə bilən yenilənmiş versiyasından istifadə etməyə çağırırıq.

Tbilisi Nəqliyyat Şirkətinin internet saytı – ttc.com.ge təkmilləşdirilmiş xidmətlərlə yanaşı, yeni funksionallıq və dizaynla təqdim olunur.

Bu mobil tətbiq istifadəçiyə şirkətin ictimai nəqliyyat sərnişinlərinə təklif etdiyi bütün xidmətlərdən mobil telefondan istifadə etməyə imkan verir.

Yenilənmiş məlumat saytı və mobil tətbiq ilə artıq səfəri planlaşdırmaq və ictimai nəqliyyatın real vaxtda hərəkətini yoxlamaq mümkündür. Tətbiqin yeni versiyası həmçinin sərnişinlərə avtobusların faktiki yerləşdiyi yer nəzərə alınmaqla tərtib edilən marşrutların müxtəlif alternativlərini təklif edir” – Tbilisi Meriyası tərəfindən yayılan məlumatda deyilir.