Tbilisi Meriyası - Qaqarin küçəsində "GWP"-nin su kəmərinin magistral borusunun zədələnməsinə görə, nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb
Qaqarin küçəsi N1 yaxınlığında “GWP”-nin su kəmərinin magistral borusunun zədələnməsinə görə, qeyd olunan hissədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, – bu barədə məlumatı Tbilisi Meriyası yayır.
“Daha dəqiq olaraq “Vepxvi da moğme” abidəsi və Jvaniya meydanını birləşdirəm yol hissəsində, hər iki istiqamətdə nəqliyyat bir-bir xəttdə hərəkət edəcək.
Qeyd olunan məhdudiyyət “GWP”-nin su kəmərinin magistral borusunun zədələnməsi bərpa etdikdən sonra aradan qaldırılacaq”, – Meriyada bəyan etdilər.