Tbilisi Meriyası - Podratçı şirkətlə müqaviləyə xitam verilməsi müddətlərə təsir etməyəcək və Tsereteli prospektində nəqliyyatın hərəkəti nəzərdə tutulan vaxt ərzində tam bərpa olunacaq
Podratçı şirkətlə müqaviləyə xitam verilməsi müddətlərə təsir etməyəcək və Tsereteli prospektində nəqliyyatın hərəkəti nəzərdə tutulan müddətdə tam bərpa olunacaq- bu barədə paytaxt meriyasının açıqlamasında bildirilir.
“Tbilisi Meriyası, birbaşa Tbilisi meri podratçı şirkətlərin məsuliyyətsiz münasibəti ilə bağlı dəfələrlə bəyanat verib.
Demək olar ki, bütün iri infrastruktur layihələrinin gedişatı zamanı podratçı şirkətlərlə bağlı problemlər özünü biruzə verir, bu səbəbdən ciddi monitorinqlər aparılır və şirkətlərə xəbərdarlıq edilir, cərimələnir və ya fəaliyyəti dayandırılır.
Tsereteli prospektinin abadlaşdırılması zamanı da oxşar halla üzləşirik, lakin podratçı şirkətlə müqaviləyə xitam verilməsi müddətlərə təsir etməyəcək və Tsereteli prospektində nəqliyyatın hərəkəti nəzərdə tutulan vaxt ərzində tam bərpa olunacaq”- bəyanatda qeyd olunur.