Tbilisi meriyası - paytaxtın müxtəlif rayonlarında yollara texniki duz tökülüb
Paytaxtın bir sıra rayonlarında yağıntı ilə əlaqədar gecə boyu texniki duzlanma işləri aparılıb. Bu barədə Tbilisi meriyası məlumat yayır. Onların sözlərinə görə, Tbilisidə yollarda ciddi ləngimə olmayıb.
“Aşağıdakı qəsəbə və küçələrə texniki duz tökülüb: Tskneti, Betaniya, Okrokana, Tsavkisi, Şindisi, Tabaxmela, Kojori, Kiketi, Tbilisi dəniz dolama yolu, Maxata yoxuşu və ətraf ərazilər, Kukii qəbiristanlıqlarının ətrafı, Mnatobi, Tsaişi küçələri, Vazisubani mikrorayonları, Nyabisa və Mujirişvili küçələri, Metromşen qəsəbəsi ilə Maxatanı əlaqələndirən yol, Varketili, Zemo Poniçala, Kaxeti şossesi, Didi Lilo kəndi.
“Tbilservis Qrup” MMC ehtiyacdan asılı olaraq digər yaşayış məntəqələrində də texniki duzlama işlərini həyata keçirir.
Qar səbəbindən nəqliyyatın hərəkətində problemlər yaranarsa, “Tbilservis Qrupu”nun 2 61 90 50 və ya Tbilisi meriyasının 2 72 22 22 qaynar xəttinə zəng edə bilərsiniz”, – Tbilisi meriyasının mətbuat xidmətinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev