Tbilisi meriyası - paytaxtda kanalizasiya şəbəkələri gündəlik olaraq təmizlənir
Tbilisi meriyasından verilən məlumata görə, “Tbilservice Group” MMC paytaxtda gündəlik olaraq drenaj şəbəkələrinin və kollektorların təmizlənməsini davam etdirir.
Onların verdiyi məlumata görə, hazırda Çavçavadze prospektində kanalizasiya şəbəkəsi və kollektor xüsusi texnika vasitəsilə yuyulur.
“Bundan başqa, cari həftə ərzində artıq 34 ünvanda drenaj sistemi təmizlənib: Beliaşvili küçəsində, Maçavariani küçəsi ilə Qelovani prospektini birləşdirən yolda; Beritaşvili, Tskvedadze, Abaşidze küçələrində, Tamar Mepe prospektində; Həmçinin, Kürün sağ sahilində – Tamar Mepe körpüsünün yaxınlığında; Tsintsadze, Zakariadze, Svanidze küçələrində; Tsğnetidə – Rustaveli küçəsində, Dolidze, Nozadze və Universitet küçələrində; Saracişvili prospektində, Sisubaninin 4-cü mikrorayonunda; Kürün sol sahilində – Şalikaşvili körpüsünün yaxınlığında; Şenqelia, Bochorişvili, Bendeliani, Yava küçələrində; Qldaninin 5-ci və 7-ci mikrorayonlarında; Şeşelidze, Kobi, Tianeti, Kapanadze və Qoqoberidze küçələrində; Kaxeti şossesi N50 yaxınlığında, Maruaşvili, Abaşvili, Tsixisdziri və Qudarexi küçələrində.
Həmçinin, bir neçə yerdə mərkəzi kollektora videokamera ilə baxış keçirilib”, – Tbilisi meriyası bildirib.
Meriyada qeyd olunur ki, “Tbilservice Group” un əməkdaşları ilboyu bütün şəhər üzrə analoji işləri yerinə yetirirlər.