Tbilisi Meriyası - Partlayış səbəbilə Samtredia küçəsindəki yaşayış binasının sakinləri müvəqqəti olaraq mehmanxanalara yerləşdirilib
Tbilisi Meriyası - Partlayış səbəbilə Samtredia küçəsindəki yaşayış binasının sakinləri müvəqqəti olaraq mehmanxanalara yerləşdirilib

 
Partlayış səbəbilə Samtredia küçəsindəki yaşayış binasının sakinləri müvəqqəti olaraq mehmanxanalara yerləşdirilib-bu haqda Tbilisi Meriyası məlumat yayır.

Paytaxt meriyasının verdiyi məlumatda qeyd edildiyi üzrə, binanın vəziyyəti öyrənildikdən sonra sakinlərin binaya qaytarılıb-qaytarılmayacağı və ya bina gücləndirilənə qədər müvəqqəti olaraq kirayəyə çıxarılıb-çıxarılmayacağı məlum olacaq.

“Didube Rayonunda, Samtredia küçəsi 2 ünvanında yaşayış binasında səhər saatlarında güclü partlayış baş verib. Qeyd olunan ünvanda 93 ailə yaşayır. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Zərərçəkmiş əhali binadan vaxtında təxliyə edilib. Didube Rayon İcra Hakimiyyəti onların mehmanxanalara yerləşdirilməsini təmin edib.

Binanın vəziyyəti öyrənildikdən sonra sakinlərin binaya qaytarılıb-qaytarılmayacağı və ya bina gücləndirilənə qədər müvəqqəti olaraq kirayəyə çıxarılıb-çıxarılmayacağı məlum olacaq.

İlk dəqiqələrdən Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin və aidiyyəti qurumların əməkdaşları, eləcə də paytaxt meriyasının və Didube Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə səfərbər olunublar” – məlumatda qeyd olunub.

Samtredia küçəsində partlayış gecə saatlarında baş verib. Tbilisinin Yanğın-Xilasetmə Qüvvələrinin baş idarəsinin rəhbəri Levan Muselianinin qeyd etdiyi üzrə, ehtimal ki, partlayış təbii qaz sızması nəticəsində baş verib, insident zamanı xəsarət alan olmayıb.