Tbilisi Meriyası - metronun dayandırılması qərarını koordinasiya şurası qəbul etdi və maşinistlərin yoluxması ilə əlaqədə deyil
Tbilisi Meriyası - metronun dayandırılması qərarını koordinasiya şurası qəbul etdi və maşinistlərin yoluxması ilə əlaqədə deyil

Ölkədə yaranmış epidemioloji durumdan irəli gələrək, 28 noyabrdan munisipal nəqliyyat, o cümlədən metropoliten işini dayandırır. Qeyd olunan qərar Tbilisi metrosunun maşinistlərinin yoluxması faktı ilə heç bir əlaqədə deyil və məhdudiyyətlər paytaxtdan başqa, Gürcüstanın yeddi böyük şəhərinə eyni cür aiddir, – bu barədə Tbilisi Meriyasının bəyanatında deyilir.

“İctimaiyyətə bir daha açıqlamaq istəyirik ki, munisipal nəqliyyatın işinin dayandırlması qərarını, ölkədə yaranmış epidemioloji durumdan irəli gələrək, koordinasiya şurası qəbul etdi. müvafiq olaraq, bir sıra mediavasitəsi tərəfindən bunun metronun bir neçə maşinistinin virusa yoluxması ilə əlaqələndirməsi, dezinformasiyadır. Xüsusilə qeyd edirik ki, metronun əməkdaşlarının virusa yoluxması metropolitenin dayandırlımasına səbəb olmayıb.

Lazım olduğu təqdirdə, Tbilisi Meriyası maşinistləri, ikitərəfli əməkdaşlıq barəsində müqaviləmiz olduğu Belarusdan da gətirə bilər. Tbilisi metrosu məhdudiyyətlərin aradan qaldırılmasından sonra tam gücü il işləyəcək. 28 noyabrdan tədbiq olunan məhdudiyyətlərə gəldikdə, qeyd olunan tarixdən Tbilisi metrosu, munisipal avtobuslar işini dayndırırlar.

Bütün ölkə miqyası ilə tədbiq olunan məhdudiyyətlər 24 dekabrdan 2 yanvar da daxil olmaqla yüngülləşdiriləcək. Bu vaxtı Tbilisi metrosu və munisipal avtobuslar saat 21:00-a qədər işləyəcəklər. 3 yanvardan 16 yanvara qədər Tbilisi metrosu, munisipal avtobuslar işlərini yenə dyandıracaqlar. 16 yanvardan 31 yanavara qədər isə, Tbilisi metrosu, munisipal avtobuslar şənbə-bazardan başqa işləyəcəklər. Tbilisi Meriyası yaranan narahatçılığa görə üzr istəyir”, Meriyanın bəyanatında deyilir.