Tbilisi meriyası - Melikişvili prospektində Rusiya nömrə nişanlı yük avtomobilinin hərəkəti aparılan reabilitasiya işləri ilə əlaqədar deyil
Tbilisi meriyası - Melikişvili prospektində Rusiya nömrə nişanlı yük avtomobilinin hərəkəti aparılan reabilitasiya işləri ilə əlaqədar deyil

 

Tbilisi meriyası, Rusiya nömrə nişanlı yük avtomobilinin Melikişvili prospektində hərəkət etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şəkilə münasibət bildirir. Meriyadan , sözügedən avtomobilin Tbilisi meriyasının infrastruktur layihələrinə heç bir aidiyyatı olmadığı deyilir.

Meriyadan, sözügedən avtomobilin hərəkətinin Melikişvili prospektində aparılan bərpa işləri ilə əlaqəsi olmadığı deyilir.

“Melikişvili prospektində Rusiya nömrə nişanlı yük avtomobilinin hərəkəti ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan şəkilə münasibət bildirmək istəyirik. Sözügedən avtomobilin Tbilisi meriyasının infrastruktur layihələri ilə heç bir əlaqəsinin olmadığını açıqlamaq istərdik. Onun hərəkəti Melikişvili prospektində aparılan reabilitasiya işləri ilə əlaqəli deyil və heç bir podratçı şirkətimizin mülkiyyəti deyil. Mediaya müraciət edərək, ictimaiyyəti səhvə sürükləməməyə çağırırıq. Məlumatı dəqiqləşdirmək üçün Tbilisi meriyasının mətbuat xidməti ilə əlaqə saxlayın”- deyə bəyanatda deyilir.