Tbilisi meriyası mayın 26-da Rustaveli prospektində qastronomik zona təşkil edəcək
Tbilisi meriyası Müstəqillik Günü tədbirləri çərçivəsində Rustaveli prospektində qastronomik zona təşkil edəcək.
Rustaveli prospektində saat 10:00-dan 22:00-dək müxtəlif məkanlar və tematik fəaliyyətlər qonaqları qarşılayacaq.
Arçil Jorjadze və Lado Qudiaşvili küçələrinin yaxınlığında qastronomiya festivalı, kulinariya masterklasları, ənənəvi şərab növləri və yeməklərinin uyğunlaşdırılması üzrə sommelier ustad dərsi, həmçinin canlı elektron musiqi şouları keçiriləcək.
Saat 11:00-dan 22:00-a kimi DJ DONA, DJ KASHIA, DJ JASHKI, DJ JUKA, DJ ALEX və DJ GREKOFF tamaşaçılar qarşısında çıxış edəcəklər.
Saat 13:00-dan 16:30-dək Gürcüstan Təsviri İncəsənət Muzeyinin yaxınlığında təşkil olunmuş səhnədə aşpazlar Temo Kardenaxişvili, Soso Cabanaşvili, Luka Todua və Torqva Qoqoçurinin, həmçinin Şirniyyatçı Tamuna Tsiklaurinin kulinariya masterklası keçiriləcək
Saat 17:00-dan 17:40-a kimi şommelyerlər assosiasiyasının sədri Şalva Xetsurianinin və 2018-ci ilin ən yaxşı şirniyyatçısı Tamaz Tamazaşvilinin rəhbərliyi ilə “Gürcü şərabının tarixi və ənənələri” adlı sommelier masterklası keçiriləcək. .
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayıb.