Tbilisi meriyası "LMC" şirkətinin nümayəndəsinin Vake parkındakı fəvvarə ilə bağlı açıqlamasına cavab verir
Tbilisi meriyası “LMC” şirkətinin nümayəndəsinin, layihədə Vake parkının fəvvarəsinin dalma nasoslarının kənara çıxarıldığı və onlara məlum olmayan səbəblərdən layihənin dəyişdirilməsi ilə əlaqədar açıqlamasına cavab verir.
“LMC” MMC-nin nümayəndəsinin guya onların təqdim etdiyi layihədə, Vake parkının fəvvarəsinin nasoslarının kənara çıxarılması və onlara məlum olmayan səbəblərdən layihənin dəyişdirilməsi ilə əlaqədar mətbuatda verdiyi açıqlamasına münasibət bildirmək istərdik. Tam məsuliyyətlə bildiririk ki, “LMC” MMC-nin təqdim etdiyi layihədə aydın şəkildə yazılıb: “Dəyirmi fəvvarə üçün horizontal-dalma nasosu”.
Layihədə cihazın texniki göstəriciləri də göstərilib. Bir daha təkrar edirik ki, Tbilisi meriyası, aidiyyəti xidmətlər istintaq orqanı ilə sıx əməkdaşlıq edir və bütün suallara cavab verməyə, eləcə də istintaq qanun pozuntusunun olduğunu sübut edərsə, cavab verməyə hazırdır.
Xatırladaq ki, 2020-ci ilin mayın 18-də Tbilisi Munisipalitetinin Meriyası “LMC” MMC ilə tenderə uyğun, məqsədi Vake parkındakı fəvvarənin və bəndin reabilitasiya işlərinin layihə sənədlərini tərtib etmək olan müqavilə imzalamışdı ” -deyə meriyanın məlumatında deyilir.