Tbilisi meriyası külək nəticəsində Ninoşvili küçəsində yerləşən evin damının zədələnməsi ilə bağlı məlumat yayır
Tbilisi meriyası külək nəticəsində Ninoşvili küçəsində yerləşən evin dam örtüyünün zədələnməsi ilə bağlı məlumat yayıb.
Meriyadan bildiriblər ki, sözügedən məsələ ilə bağlı yanlış məlumat yayılıb və həmin yerdə yaşayan ailələrin əlavə qalacaq yerə ehtiyacı yoxdur, ən yaxın vaxtda isə yeni dam örtüyü düzəldiləcək.
“Biz deyilənlərə şərh bildirmək istəyirik ki, sözdə tənqidi medianın yaydığı məlumata görə, guya Çuğureti Rayon özünüidarə orqanı Ninoşvili küçəsi N21-də güclü küləklə dam örtüyünün zədələnməsi nəticəsində açıq havada qalan sakinlərin taleyi ilə bağlı hələ də maraqlanmayıb.
Biz tam məsuliyyətlə bildiririk ki, bu, Tbilisi bələdiyyəsini gözdən salmağa xidmət edən dezinformasiya və yalanlardır.
Dünən axşam saatlarında güclü külək Ninoşvili N21-də yerləşən yaşayış evinin damını uçurub – təxminən 70-80 kv.m sahəsində.
Xəbərdarlığı alan kimi Çuğureti rayon rəhbəri, müavinləri və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə gələrək sakinlərlə görüşüb söhbət ediblər, təxirəsalınmaz işlərin yerinə yetirilmə planı hazırlanıb.
Əlverişsiz hava şəraiti və görmə məsafəsinin aşağı olması səbəbindən ötən gecə dam örtüyünü sökmək mümkün olmayıb. Bu gün işlərə başlanılıb və rayon icra hakimiyyətinin rəhbəri və əməkdaşları hadisə yerində olub.
Qeyd edək ki, Ninoşvili N21 ünvanında yaşayan ailələrin əlavə qalacaq yerə ehtiyacı yoxdur. Elə bugün qabaqlayıcı tədbirlər görülür. Təxirəsalınmaz işlər çərçivəsində yaxın vaxtlarda adıçəkilən ünvanda yeni dam örtüyü tikiləcək”, – deyə məlumatda bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev