Tbilisi meriyası - "İsani" metrostansiyası ərazisində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq
Tbilisi meriyası - "İsani" metrostansiyası ərazisində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq

 

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq metronun “İsani” stansiyasının ərazisində, Navtluği küçəsindən Ketevan Dedopali prospekti istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq-bu barədə məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.

“Görüləcək işlər boyunca avtonəqliyyat vasitələri alternativ yoldan istifadə etməklə hərəkət edə biləcəklər. Belə ki, sürücülər Navtluği küçəsindən sağa dönərək Ketevan Dedopali prospektinə hərəkət edəcək, daha sonra Vaja Chachava, Atsuri küçəsi və Kaxeti yan küçəsi vasitəsilə Ketevan Dedopali prospektinə qoşulacaq və Avlabari meydanı istiqamətində hərəkət edəcəklər.

Məhdudiyyət iki ay müddətində qüvvədə olacaq” – deyə meriyanın məlumatında qeyd olunub.