Tbilisi Meriyası - İsani İcra Hakimiyyəti Vazisubanidəki partlayışda zərər çəkən ailələri müvəqqəti olaraq mehmanxanaya köçürüb
İsani rayonunda Vazisubani I M/R-nin 8 saylı binasında baş vermiş partlayışda zərərçəkənlər yerli icra hakimiyyəti tərəfindən müvəqqəti yaşayış sahəsi ilə təmin edilib. Bu barədə Tbilisi Meriyasının mətbuat xidməti məlumat yayır.
Verilmiş məlumatda indiki mərhələdə yerləşdirilməyə razılıq verən bütün ailələrin mehmanxanaya köçürüldüyü deyilir.
Bundan əlavə, paytaxt meriyasının yaydığı məlumatda Tbilisinin Munisipal Laboratoriyasının binanın vəziyyətini və dayanıqlığını öyrənəcəyi, bundan sonra müvafiq tədbirlər görüləcəyi deyilir.
Vazisubaninin birinci mikrorayonunda yaşayış binasının 2-ci mərtəbəsində baş verən partlayışa ehtimal ki, təbii qaz səbəb olub, bu da yanğınla müşaiyət olunub. Yanğın daha bir neçə mənzilə ziyan vurub. Partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda yanğın söndürülüb.