Tbilisi Meriyası İlia Dövlət Universitetinin Uşaq və Yeniyetmələrin İnkişafı Mərkəzi ilə bağlı bəyanat yayır
Tbilisi Meriyası İlia Dövlət Universitetinin Uşaq və Yeniyetmələrin İnkişafı Mərkəzi ilə bağlı bəyanat yayır.
“Guya autizm spektri pozğunluğu olan 100-dən çox yeniyetmənin xidmətdən kənarda qalması ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirmək istərdik.
Söhbət Tbilisi Meriyasının “Autizm spektri pozğunluğu olan uşaq və yeniyetmələrin reabilitasiyası” proqramı çərçivəsində 82 benefisiarın xidmət aldığı “İlia” Uşaq və Yeniyetmələrin İnkişafı Mərkəzindən gedir.
Geniş yayılmış məlumata görə, Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun rəyi əsasında sözügedən mərkəz binanın qəzalı vəziyyətdə olması səbəbindən bağlanır.
Qeyd edək ki, meriyanın proqramı üzrə göstərilən xidmətlər ümumilikdə 1850 uşaq və yeniyetmə üçün maliyyələşdirilir” – Tbilisi Meriyasının bəyanatında deyilir.