Tbilisi Meriyası - evsizlərin yaşayış sahələri ilə təmin edilməsi layihəsi davam edir
Tbilisi Meriyası - evsizlərin yaşayış sahələri ilə təmin edilməsi layihəsi davam edir

 

Evsiz ailələrin yaşayış sahələri ilə təmin edilməsi layihəsi çərçivəsində munisipalitet tərəfindən 71 mənzil alınıb.

Tbilisi meri Kaxa Kaladzenin paytaxt hökumətinin bugünkü iclasında dediyi kimi, layihə davam edir.

“Evsiz ailələri yaşayış sahələri ilə təmin etmək bizim seçki vədimiz idi. Təbii ki, biz vədlərimizi yerinə yetiririk. Keçən il 55-dən çox mənzil almışıq. Bu günə kimi ümumilikdə 71 mənzil almışıq və bu qədər ailəni təmin etmişik. Bu proses davam edir və hər bir insan yaşayış sahəsi ilə təmin edilənə və qeyd olunan problem həll olunana qədər davam edəcək”- deyə Kaxa Kaladze açıqlayıb.

O, sözügedən problemi olan şəxsin ilk mərhələdə evsiz statusu alması gərəkdiyini bildirib. Sonra onun məsələsinə Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidmətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.