Tbilisi meriyası Ədliyyə Evi yaxınlığında infrastruktur işlərinə başlayır
Zviad Qamsaxurdia adına Kürün sağ sahilində, Ədliyyə Evinin yaxınlığında infrastruktur işlərinə başlanılır-bu barədə paytaxt meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında açıqlayıb.
Kaxa Kaladze mer müavini İrakli Bendelianiyə quru körpüdən Barataşvili körpüsünə qədər olan yol hissəsində və Barataşvili körpüsünün enişində yeni xarici işıqlandırma şəbəkəsinin – LED işıqların quraşdırılmasını təşkil etməyi tapşırıb.
“Mən müavinim İrakli Bendelianiyə Ədliyyə Evinin ətrafını səliqəyə salmağı tapşırmaq istərdim. Düşünürəm ki, bura şəhərin mərkəzində yeganə yerdir ki, qaranlıqdır və işıqlandırma problemi var. Buna görə də, mümkün qədər tez işə başlayaq və hər şeyi mümkün qədər tez təşkil edək. Konkret olaraq quru körpüdən Barataşvili körpüsünə qədər olan yol hissəsi tam təmir olunmalıdır. Bundan başqa, Ədliyyə Evinin qarşısındakı məkanda müvafiq abadlıq işləri aparmaq imkanı var”, – deyə paytaxt meri bildirib.