Tbilisi Meriyası - Tamaraşvili küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq
Tbilisi Meriyası - Tamaraşvili küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq

Qayalıq yamacın təmizlənməsi və möhkəmləndirilməsi zamanı sentyabrın 9-u və 10-da saat 05:00-dan 08:00-dək Tamaraşvili küçəsində, Universitet küçəsinin kəsişməsindən yolun Tsereteli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayıb.

“Vaja Pşavela və Aleksandre Ğazbeqi prospektlərindən, eləcə də Universitet küçəsindən İlia Çavçavadze prospekti və Baqebi istiqamətində hərəkət edən nəqliyyat vasitələri Vladimir və Arçil Asatiani küçələrindən istifadə edərək Vere dərəsi istiqamətində, Zurab Avalişvili küçəsindən keçməklə hərəkət edə biləcəklər.

Qeyd olunan müddətdə ictimai nəqliyyatın hərəkət istiqamətləri də dəyişəcək. Xüsusilə, N531 mikroavtobus və avtobuslar: N301, N311, N334, N358, N383, N387, N388, N397 Universitet küçəsindən Kakutsa Çolokaşviliyə, sonra isə Çabua Amirecibi yolu istiqamətində hərəkət edəcək, Avalişvili küçəsindən keçərək Çavçavadze prospektinə çıxacaqlar”- deyə paytaxt meriyasının məlumatında deyilir.