Tbilisi Meriyası - Beynəlxalq tərəfdaşlar tərəfindən "Metrovaqonmaş" şirkəti sanksiyalaşdırılıb və bu səbəbdən Tbilisi munisipaliteti onunla müqavilənin ləğvi proseduruna başlayıb
İctimaiyyətin yüksək marağını nəzərə alaraq nəzərinizə çatdırırıq ki, Tbilisi Munisipaliteti “Metrovaqonmaş” şirkəti ilə bağlanmış müqavilənin ləğvi proseduruna başlayıb – deyə paytaxt meriyasının məlumatında bildirilir.
Məlumatda qeyd edildiyi kimi, 2021-ci ilin mart ayında Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyəsi və onun öz təşkilatçılığı ilə Tbilisi metropoliteni üçün 40 yeni vaqonun alınması məqsədilə tender elan edildi.
“Aparılmış tender nəticəsində 2021-ci ilin noyabrında “Metrovaqonmaş” şirkəti qalib elan edilib və vaqonların tədarükü ilə bağlı müqavilə imzalanıb.
19 may 2023-cü ildə sözügedən şirkətin beynəlxalq tərəfdaşlarımız tərəfindən sanksiyalaşdırılması baş verdi.
İctimaiyyətə məlum olduğu kimi, Gürcüstan beynəlxalq maliyyə sanksiyalarına əməl edir. Müvafiq olaraq, Tbilisi Munisipaliteti sanksiya tətbiq edilən şirkətlə əməkdaşlıq etmək niyyətində deyil və “Metrovaqonmaş” ilə müqavilə ləğv ediləcək” – məlumatda deyilir.