Tbilisi meriyası - Beliaşvili və Balançini küçələrinin kəsişməsində nəqliyyatın hərəkətinə mane törədən səbəb aradan qaldırılıb, "Georgian Water and Power " işlərini yekunlaşdırıb
Beliaşvili və Balançini küçələrinin kəsişməsində nəqliyyatın hərəkətinə mane törədən səbəb aradan qaldırılıb, “Georgian Water and Power ” şirkəti zədələnmiş su şəbəkəsində cari təmir və bərpa işlərini yekunlaşdırıb. Bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayıb.
“Su təchizatı şəbəkəsinin zədələnmiş hissəsi yolun hərəkət hissəsində yerləşdiyindən şəxsi avtomobillərin və ictimai nəqliyyatın hərəkətində bir neçə saat ləngimə yaranıb. Bu mərhələdə avtonəqliyyat vasitələri yolun qeyd olunan hissəsində ləngimə olmadan hərəkət edirlər”- məlumatda bildirilir.