Tbilisi meriyası - Aprelin 29-da keçirilməsi planlaşdırılan ictimai toplantı ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Tbilisi meriyası - Aprelin 29-da keçirilməsi planlaşdırılan ictimai toplantı ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Aprelin 29-da Rustaveli prospektində keçirilməsi planlaşdırılan ictimai toplantı ilə əlaqədar olaraq, Birinci Respublika meydanından Azadlıq meydanına qədər olan yol hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq -bu barədə Tbilisi meriyası məlumat yayır.

Onların məlumatına görə, bu gün saat 11:00-dan etibarən məhdudiyyət yalnız avtobus zolağına tətbiq olunacaq, saat 20:00-dan aprelin 29-dək Rustaveli prospektində nəqliyyatın hərəkəti tam qadağan olunacaq.

“Nəqliyyat vasitələrinin hərəkəti Leonidze, İnqoroğva, Aleksandre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri ilə mümkün olacaq; Melikişvili prospektindən Mtatsmindanın digər küçələri istiqamətində Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələri ilə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadzelər küçələrindən istifadə etməklə hərəkətə icazə veriləcək.

Melikişvili prospektinə və “Rustaveli” metrosuna Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələri ilə getmək mümkün olacaq və Azadlıq meydanında hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq.

“Rustaveli” metrostansiyasının ətrafındakı ərazidən Azadlıq meydanına gedən avtomobillər Rustaveli prospektində, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili küçəsi və Mtkvarinin sağ sahili ilə hərəkət edəcəklər.

İctimai nəqliyyata gəlincə, avtobus və mikroavtobuslar Mixeil Cavaxişvili küçəsi ilə Mtkvarinin sağ sahilinə qoşulacaq və daha sonra Barataşvili küçəsi istiqamətində hərəkət edəcəklər. Əks istiqamətdə hərəkət edərkən ictimai nəqliyyat eyni marşrutla – Barataşvili küçəsindən Mtkvarinin sağ sahilinə qoşulacaq, sonra isə Cavaxişvili və Merab Kostava küçələri ilə hərəkət edəcək.

“Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – paytaxt meriyasının mətbuat xidmətinin məlumatında bildirib.