Tbilisi Meriyası - Aksiyaya görə Rustaveli prospektində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Tbilisi Meriyası - Aksiyaya görə Rustaveli prospektində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

 
Planlaşdırılan aksiyaya görə Rustaveli prospektində, Birinci Respublika meydanından Azadlıq meydanına kimi olan yol hissəsində ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Tbilisi Meriyası məlumat yayır.

Meriyadan verilən məlumata görə, yürüş zamanı ictimai nəqliyyat Mixeil Cavaxişvili küçəsi ilə Kürün sağ sahilinə qoşulacaq və daha sonra Barataşvili küçəsi istiqamətində hərəkət edəcək.

Əks istiqamətdə hərəkət edərkən ictimai nəqliyyat eyni marşrutla – Barataşvili küçəsindən Kürün sağ sahilinə qoşulacaq, sonra isə Cavaxişvili və Merab Kostava küçələri ilə hərəkət edəcək.