Tbilisi merinin tapşırığına əsasən, monitorinqin əməkdaşları pik saatlarda metro stansiyalarında sərnişin axınını tənzimləyəcəklər
Tbilisi meri Kaxa Kaladzenin tapşırığına əsasən, monitorinqin əməkdaşları pik saatlarda metro stansiyalarında sərnişin axınını tənzimləyəcəklər. Bu barədə Gürcüstanın Birinci Kanalına Tbilisi meriyasının mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Tbilisi meri problemli metro stansiyalarında sərnişin axınının tənzimlənməsi, vətəndaşların təhlükəsiz və rahat hərəkət etməsi üçün müvafiq xidmətlərə göstəriş verib.
Bu məqsədlə monitorinqin əməkdaşları pik saatlarda sərnişin axınını tənzimləməyə başlayıb” – deyə Tbilisi meriyasının mətbuat xidməti bildirib.