Tbilisi meri Kaxa Kaladze Gürcüstan vətəndaşlarını və qonaqları Novruz bayramı münasibətilə təbrik edir.
Onun paytaxt hökumətinin iclasında dediyi kimi, bu bayramı çoxmədəniyyətli şəhər olan Tbilisidə, eləcə də bütövlükdə Gürcüstanda bir çox insan qeyd edir.
“Novruz bayramı dünən başladı. Mən bu günü qeyd edən bütün Gürcüstan vətəndaşlarını və qonaqları təbrik etmək istərdim. Bu, təbiətin yenilənməsinin, baharın, yaşıllaşma, həyat, ailə mühitində qeyd olunan bir növ yeni il bayramıdır. Çoxmədəniyyətli şəhərimizdə və bütövlükdə Gürcüstanda bir çox ailə bu günü qeyd edir. Onların hər birini təbrik edir, sülh, firavanlıq və cansağlığı arzulayıram”- deyə Tbilisi meri açıqlayıb.