Tbilisi, Marneuli və Zuqdididə narkocinayətə görə dörd nəfəri yaxaladılar
Tbilisi, Marneuli və Zuqdididə narkocinayətə görə dörd nəfəri yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda narkotik cinayətləri törətdiklərinə görə 4 nəfəri həbs etdilər – 1968-ci il təvəllüdlü, keçmişdə analoji cinayətə görə dəfələrlə məhkum edilmiş C.A., 1983-cü il təvəllüdlü B.Q., 1985-ci il təvəllüdlü L.X. və 10980-ci il təvəllüdlü M.K yaxalandı.

Yaxalanan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsində və saxlanılmasında ittiham olunurlar. Cinayət səkkiz ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

“Marneuli rayon şöbəsinin əməkdaşları B.Z.-nı Marneuli munisipalitetində yaxaladılar. Polis təqsirləndirilən yaxalanın şəxsi və yaşayış evində axtarış apadə və psixotrop maddələr və müxtəlif narkotik vasitələr, o cümlədən 30 bağlama heroini dəlil kimi götürdü.

Kvemo Kartli Polis Departamentinin Dedektivlər Şöbəsinin əməkdaşları daha bir təqsirləndirilən B.Q.-nı Tbilisidə, Poniçala qəsəbəsində yaxaladılar. Onun şəxsi axtarışı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dəlil şəklində 1 bağlama heroini narkotik vasitə götürüldü.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsi tərəfindən Zuqdididə L.X.-nın evinə axtarış zamanı dəlil kimi 41 ədəd suboksin həbi, üç bağlama suboksin həbinın qırığı və müxtəlif psixotrop maddələr aşkar edilərək götürüldü.

M.K.-ya gəldikdə, hüquqmühafizəçilər Zuqdidi munispalitetində onun şəxsi yoxlanışı zamanı üzərindən doqquz bağlama, xüsusilə böyük miqdarda metadon narkotik vasitəsini aşkar etdilər”, – DİN-in məlumatənda deyilir.

Xüsusilə külli miqdarda narkotik vasitəsinin qanunsuz alınması-saxlanılması faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin altıncı hissəsi ilə aparılır.