Tbilisi-Manqlisi avtomobil yolunda minik avtomobilinin hərəkəti bərpa olundu
Tbilisi-Manqlisi avtomobil yolunda minik avtomobilinin hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Tbilisi-Manqlisi avtomobil yolunda minik avtomobilinin hərəkəti bərpa olundu.

Elə həmin yolun km1-km24 hissəsinə çətin meteoroloji şəraitə görə, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun hərəkəti qadağandır. Yolun başqa hissələrində avtonəqliyyatın hərəkəti azaddır.

Avtomobil Yolları Departamenti əhalini qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır