"Tbilisi İpək Yolu" forumunda iştirak etmək üçün dünyanın 34 ölkəsinin liderləri Tbilisiyə gələcəklər
"Tbilisi İpək Yolu" forumunda iştirak etmək üçün dünyanın 34 ölkəsinin liderləri Tbilisiyə gələcəklər

Noyabrın 28-29-da “Tbilisi İpək Yolu” forumunda iştirak etmək üçün Tbilisiyə dünyanın 34 ölkəsinin yüksək vəzifəsi rəsmiləri gələcəklər. Onların arasında Molovanın baş-naziri Pavel Filip, Ukraynanın baş naziri Vladimir Qroisman və Sloveniyanın vitse-premyeri Eriavets olacaq.

“Tbilisi İpək Yolu” forumu Asya və Avropa arasında iqtisadi, siyasi əlaqələrin dərinləşdirilməsi üçün əhəmiyyətli imkan yaradır. Forumun məqsədi, müxtəlif ölkələr arasındaki ticari əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün diskussiya platformasını yaratmaqdır.

Forumu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili açacaq.

Tədbirin miqyasından irəli gələrək, Tbilisi İpək Yolu forumu hər iki ildən bir keçirilir.