Tbilisi “İpək Yolu Forumu” davam edir. Saat 10:00-dan “Biltmor” mehmanxanasında keçirilən forumda, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili forum iştirakçılarına nitqlə müraciət edəcək.
Daha sonra isə, Avropa İnvestisiya Bankının prezidenti Vasil Hudak və SRCIC-in sədri Lu Cianjonq çıxış edəcəklər.
Tbilisi “İpək Yolu” Forumu noyabrın 28-də açıldı. 2017-ci ilin “İpək Yolu” forumunda iştirak etmək üçün, Tbilisiyə 34 rəsmi nümayəndə heyyəti və 60-dan artıq ölkənin 2000-ə qədər nümayəndəsi gəldi.
Tbilisi “İpək Yolu Forumu” Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin patronajı ilə keçirilir.
Forumu 100-dən artıq necə yerli, eləcədə xarici jurnalist işıqlandırır. Onların arasında: Euronews, BBC, Bloomberg, Deutsche Welle, The Economist, Al Jazeera, The Guardian və sairə var.