Gürcüstanın İsveçrədəki Səfirliyinin məlumatına görə, 1 noyabrdan Gürcüstanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri, Revaz Lominadze İsveçrənin “Edelvays” aviaşirkətinin icraçı kommersiya direktoru, Patrik Heyman ilə görüşdü, burada da söhbətin mövzusu Gürcüstan və İsveçrə arasında birbaşa hava gediş-gəlişi oldu.
Səfirliyin məlumatına görə, İsveçrə aviaşirkəti Sürix-Tbilisi-Sürix marşrutu üzrə uçuşların cədvəlində maraqlıdır və bu məsələ ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir, Gürcüstanın İsveçrə Konfederasiyasındakı Səfirliyi bu prosesdə fəal iştirak edir.
“Görüşdə Gürcüstan səfiri qeyd olunan məsələnin müsbət həllinin vacibliyi və perspektivindən ətraflı danışdı. Revaz Lominadze İsveçrə aviaşirkətinin rəhbərlərini Gürcüstan iqtisadiyyatının artan dinamikası barədə məlumatlandırdı, mülki aviasiya və turizm sektorlarında mövcud vəziyyətə və müsbət meyillərə xüsusi diqqət yetirdi. İki ölkə arasında birbaşa uçuşlar turist axınının artmasına, sərmayədarların cəlb edilməsinə və iqtisadi əməkdaşlığın gücləndirilməsinə imkanlar yaradacaq”, – məlumatda deyilir.