Tbilisinin ictimai uşaq bağçalarının 11188 əməkdaşının maaşı cari aydan 15 faiz artırılacaq
Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında munisipalitetdə çalışanların maaşlarının artırılmasından danışıb.
Tbilisi merinin dediyi kimi, munisipalitetdə çalışanların maaşları bu il də on faiz artacaq.
“Bildiyiniz kimi, baş nazir İrakli Ğaribaşvilinin qərarına əsasən, dövlət qurumlarında çalışanların maaşı hər il on faiz artır və təbii ki, munisipalitetdə, burada çalışanların da maaşı on faiz artacaq”-Kaxa Kaladze qeyd edib.
Bundan əlavə, Kaxa Kaladzenin sözlərinə görə, Tbilisi hökuməti ictimai uşaq bağçalarının işçilərinin maaşlarının 15 faiz artırılması barədə qərar qəbul edib.
“Onu da nəzərinizə çatdırım ki, paytaxt munisipalitetinin hökumətinin qərarına əsasən, Tbilisinin bütün ictimai uşaq bağçalarının 11 188 işçisi bu aydan etibarən 15 faiz artırılmış maaş alacaq. Bunlar çox vacib, əmək tələb edən və məsuliyyətli işlə məşğul olan insanlardır və bu insanların maaşları çox aşağıdır. Müvafiq olaraq, 15 faiz artırılması barədə qərar qəbul edilib” – deyə Kaxa Kaladze bildirib.