Tbilisi ictimai nəqliyyat şəbəkəsinə yeni mikroavtobus marşrutları əlavə edilir
Tbilisidə bir neçə yeni mikroavtobus marşrutu fəaliyyətə başlayacaq. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında bildirib.
Nəqliyyat siyasətindən danışan Kaxa Kaladze qeyd edib ki, vəd yerinə yetiriləcək və ilin sonuna qədər mikroavtobus parkı tamamilə yenilənəcək.
“Bilirsiniz ki, biz ictimai nəqliyyatın tam təmirinə və tənzimlənməsinə başlamışıq. Sözüm o idi ki, ilin sonuna kimi mikroavtobus parkı da tamamilə yenilənəcək, səliqə-sahmana düşəcək. Təbii ki, biz bu vədi mütləq yerinə yetirəcəyik. Nəzərinizə çatdırım ki, ictimai nəqliyyatın ciddi problem olduğu, hərəkət etmədiyi məhəllələrə, küçələrə, rayonlara əlavə olunan yeni marşrut xətləri fəaliyyət göstərəcək. Sizə deyim ki, bunlar 421, 443, 446 nömrəli marşrutlardır. Əsasən “Quramişvili” metrostansiyasını dənizlə birləşdirən, Diğomi kəndindən Saburtalo və Mtatsminda rayonlarına gedən xətləri birləşdirən xətlər olacaq. Həmçinin Diğomi kəndindən Didqori və Telovani kəndinə marşrutlar da olacaq. Dünən dediyim kimi, yeni təmir edilmiş İnquşeti və Maisuradze küçəsi “Axmeteli teatrı” metrostansiyasına birləşdiriləcək ki, bu da çox yaxşıdır. Bundan başqa, 454, 494 nömrəli marşrut xətləri mövcud 54 və 104-cü marşrutları əvəz edəcək.
Sadaladığım bütün marşrutlar üzrə yeni mavi mikroavtobuslar işləyəcək. Bir daha tam məsuliyyətimlə deyirəm ki, ilin sonuna qədər mikroavtobus problemi aradan qaldırılacaq. Heç biri sarı mikroavtobus paytaxtda işləməyəcək. Paytaxt əhalisinə xidmət göstərəcək yenilənmiş, nizamlı mikroavtobuslar olacaq”, – deyə Kaxa Kaladze bildirib.
Tbilisi meriyasının məlumatına görə, yeni xətlər aşağıdakı istiqamətlərə xidmət göstərəcək:
“Quramişvili” metrostansiyasından Ureki küçəsi ilə keçən 421 nömrəli marşrut xətti Zğvisubani XI-III-IV mikrorayonlarına xidmət göstərəcək.
441 nömrəli marşrut Diğomi kənd mərkəzindən həmin kənd, Rustaveli, Kazbegi və Pirosmani küçələri istiqamətində hərəkət edir.
N443 Diğomi kəndinin mərkəzindən marşrut Didqori və Telovani kəndlərinə xidmət göstərəcək.
“Axmeteli Teatrı” metro stansiyasından 446 nömrəli marşrut xətti Xizanişvili və Vekua küçələrindən Maisuradze və İnquşeti küçələri istiqamətində keçəcək.
454 nömrəli marşrut Varketili III a mikrorayonundan Varketili metrosuna qədər xidmət göstərəcək və N54 marşrut xəttini əvəz edəcək.
494 nömrəli marşrut Muxiani kotteclərindəki Vardisubani küçəsi ilə “Axmeteli Teatrı” metro stansiyasına qədər xidmət göstərəcək, eyni zamanda N104 marşrut xəttini əvəz edəcək.