"Tbilisi Enerci" - Qardabani munisipalitetinin kəndlərində təbii qazın qiyməti azalır
"Tbilisi Enerci" - Qardabani munisipalitetinin kəndlərində təbii qazın qiyməti azalır

Qardabani munisipalitetinin – Muxranteleti, Zemo və Kvemo Teleti, Tsalaskuri, Axaltskali və Kumıs kəndlərinin əhalisi üçün bugündən etibarən təbii qazın qiyməti azalır.

Bu haqda məlumatı “Tbilisi Enerci” yayır.

Şirkətdə bəyan edirlər ki, dekabrın 1-dən tənzimləmə komisiyasının qərarı ilə, qeyd olunan kəndlər “Tbilisi Enercinin” lisenziya arealına daxil olublar.

“Gürcüstanda təbii qazı abunəçilərinə ən ucuz qiymətlə “Tbilisi Enerci” təklif edir. Müvafiq olaraq da, Qardabani munisipalitetinin qeyd olunan kəndləri “Tbilisi Enercini” abunəçilər olduqdan sonra, təbii qazı daha ucuz qiymətə alacaqlar.

Bugünə qədər bu kəndlər başqa şirkətin abunəçiləridilər və təbii qazın bir kubmetri üçün 48.7460 tetri ödəyirdilər, bugündən etibarən isə, “Tbilisi Enercini” abunəçiliyinə keçdikdən sonra, təbii qazın kubmetri onlar üçün 46.1374 tetri olacaq” – deyilir şirkətdə.