"Tbilisi Enerci"-də bəyan edirlər ki, komersiyal istifadəçilər üçün təbii qazın qiymətinin artmasını, milli valyuta kursundaki dəyişikliklər şərtləndirdi
Çörək zavodlarından başqa, digər müəssisələrdə təbii qazın qiyməti yanvarın 3-dən bahalanır və bir kubmetrin qiyməti 1.10 tetri olacaq.
Bu barədə bəyanatı “Tbilisi Enerci” şirkətinin komersiyal və texnoloji məsələlər üzrə direktoru Edişer Xorava verdi.
Edişer Xoravanın dediyinə görə, tarifin artmasını milli valyuta kursundaki dəyişikliklər şərtləndirdi.
Onun dediyinə görə, təbii qazın alınması prosesində maneələrin yaranmaması və Tbilisi əhalisinin qaz təminatının kəsilməməsi üçün komersiyal abunəçilər üçün təbii qazın qiymətinin dəyişdirilməsi şərt idi.
Edişer Xorava qeyd edir ki, təbii qazın qiyməti qeyri-komersiyal, yəni adi istifadəçilər üçün bahalanmayacaq.
“Qeyd etmək istəyirəm ki, adi abunəçilərimiz üçün bizim qazın tarifi ən aşağıdır – 46 tetridir və demək istəyirəm ki, Qardabani munisipalitetinin yeddi kəndi üçün qazın tarifi ucuzlaşdı və onlarda artıq 46 tetri ödəyəcəklər dedi” – Edişer Xorava.