“Tbilisi Energy”də qazın kəsilməsi ilə bağlı Vazisubani əhalisinə xəbərdarlıq edildiyini və qazın verilməsinin texniki normalara tam uyğun olaraq bərpa edildiyini bildirirlər
“Tbilisi Energy”də qazın kəsilməsi ilə bağlı Vazisubani əhalisinə xəbərdarlıq edildiyini və qazın verilməsinin texniki normalara tam uyğun olaraq bərpa edildiyini bildirirlər

 
“Tbilisi Energy”nin çevik reaksiya xidmətinin rəhbəri İrakli Dekanoidze bildirib ki, Vazisubanidə yaşayış binasında baş vermiş partlayışla bağlı istintaq tədbirləri davam etdirilir və “Tbilisi Energy”nin nümayəndələri bu vaxt üçün mənzilə baxış keçirməyiblər.

“İndiyədək mənzilə daxil ola bilməmişik. Ərazi mühafizə olunur, istintaq tədbirləri davam etdirilir. Biz sahəni yoxlamamışıq”- İrakli Dekanoidze bildirib.

O, qazın kəsilməsi və qaz təchizatının bərpası ilə bağlı müvafiq qaydada əhaliyə xəbərdarlıq edildiyini bildirib.

“Sözügedən ərazidə planlı işlər gedirdi. Müəyyən edilmiş qaydaya uyğun olaraq əhaliyə xəbərdarlıq edilmişdi. Qaz təchizatının bərpası da texniki normalara, yəni təhlükəsizlik qaydalarına tam riayət olunmaqla və nəzərə alınmaqla həyata keçirilib. Əhali bildiriş almışdı. Planlaşdırılan işlər, şəbəkənin yenidən qurulması davam etdirilirdi və əhali müəyyən edilmiş qaydalara uyğun olaraq məlumatlandırılmışdı”- deyə “Tbilisi Energy”nin nümayəndəsi İrakli Dekanoidze bildirib.

Vazisubaninin birinci mikrorayonunda yaşayış binasının 2-ci mərtəbəsində baş verən partlayışa ehtimal ki, təbii qaz səbəb olub, bu da yanğınla müşaiyət olunub. Yanğın daha bir neçə mənzilə ziyan vurub. Partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda yanğın söndürülüb.