"Tbilisi Energy" sentyabrın 1-dən qeyri-məişət abonentləri üçün təbii qazın qiymətini aşağı salır
MMC “Tbilisi Energy” 2023-cü ilin sentyabrın 1-dən qeyri-məişət istehlakçıları üçün təbii qazın qiymətini aşağı salacaq-bu barədə “Tbilisi Energy” məlumat yayır.
Verilmiş məlumatda MMC “Tbilisi Energy”nin demək olar ki, yarım milyondan çox abonentə, o cümlədən 20 000-ə qədər qeyri-məişət istehlakçısına xidmət göstərməklə paytaxtın ən böyük təbii qaz paylayıcı lisenziyasına sahib olduğu deyilir.
“Şirkət təbii qaz idxalını həyata keçirir və ödənişləri ABŞ dolları ilə həyata keçirir. Təchizatçılar tərəfindən alınacaq qazın qiymətinin aşağı salınması və eyni zamanda milli valyutanın ABŞ dollarına nisbətdə möhkəmlənməsi nəzərə alınaraq, şirkət qeyri-məişət tarifinin aşağı salınması ilə bağlı qərar qəbul edib. Bundan irəli gələrək, 2023-cü ilin sentyabrın 1-dən MMC “Tbilisi Energy”nin qeyri-məişət abonentlərinə tədarük edəcəyi təbii qazın qiyməti 1 kubmetr üçün 1,35 (bir lari və 35 tetri) əvəzinə 1,24 (bir lari və 24 tetri) lari müəyyən ediləcək, əlavə edilmiş dəyər vergisi daxil olmaqla. Buradaca qeyd etmək istərdik ki, məişət istehlakçıları üçün təbii qazın qiyməti dəyişməyəcək və tarif yenə də 1 kubmetr üçün 0,539708 lari olacaq” -deyə “Tbilisi Energy” şirkətində açıqlayıblar.