“Tbilisi Energy” bu gündən etibarən kommersiya tarifini aşağı salır
“Tbilisi Energy”nin qeyri-məişət (kommersiya) abonentləri üçün təbii qazın tarifi 11 tetri aşağı salınıb”- deyə şirkətin yaydığı məlumatda bildirilir.
“Tbilisi Energy”nin yaydığı məlumatda qeyd olunduğu üzrə, təbii qazın bir kubmetrinin qiyməti əlavə dəyər vergisi daxil olmaqla 1,35 (bir lari və 35 tetri) lari əvəzinə 1,24 (bir lari və 24 tetri) lari ilə müəyyən edilir.
MMC “Tbilisi Energy” paytaxtın ən böyük təbii qaz paylayıcısı lisenziyasına sahibdir və o, yarım milyondan çox abonentə, o cümlədən 20 000-ə qədər qeyri-məişət (kommersiya) abonentinə xidmət göstərir.
Burada qeyd etmək istərdik ki, təbii qazın qiyməti məişət abonentləri üçün dəyişmir və bir kubmetr üzrə tarif hələ də 0,539708 laridir.
“Tbilisi Energy” şirkəti təbii qaz idxal edir və ödənişləri ABŞ dolları ilə həyata keçirir. Təchizatçılar tərəfindən alınan qazın qiymətinin aşağı düşməsini və eyni zamanda milli valyutanın ABŞ dollarına nisbətdə möhkəmlənməsini nəzərə alaraq şirkət qeyri-məişət tarifinin aşağı salınması barədə qərar qəbul edib”- bu barədə “Tbilisi Energy” açıqlama yayıb.