Tbilisi Dövlət Universitetinin birinci korpusu Aİ bayrağının rənglərində işıqlandırılıb
Tbilisi Dövlət Universitetinin birinci korpusu Aİ bayrağının rənglərində işıqlandırılıb

 
Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə əlaqədar Tbilisi Dövlət Universitetinin birinci korpusu Aİ bayrağının rənglərində işıqlandırılıb.

Tbilisi Dövlət Universiteti tərəfindən yayılmış məlumata əsasən, TDU-nun həyətində bir araya gəlmiş rektor, akademik Caba Samuşia, tələbələr, professorlar, administrasiyanın əməkdaşları birinci korpusun həyətindən Rustaveli prospektinə yürüş təşkil edərək namizəd statusunun verilməsi münasibətilə keçirilən şənlikdə iştirak ediblər.