Tbilisi Dövlət Universitetində yeni elm, təhsil və idman məkanı yaradılacaq
Tbilisi Dövlət Universitetinin Paata Ququşvili İqtisadiyyat İnstitutu və Peşəkar Təhsil Mərkəzi üçün təhsil məkanı yaratmaq məqsədi ilə onuncu (Mağliv) korpus ərazisində yeni bina tikintisi planlaşdırılır. Bu barədə Tbilisi Dövlət Universiteti məlumat yayıb.
TDU-nun rektor müavini Kaxaber Çeişvilinin verdiyi məlumata görə, İqtisadiyyat İnstitutunun elmi işçiləri üçün elmi-tədqiqat fəaliyyəti üçün lazımi şərait yaradılacaq; Həmçinin, sözügedən binada yeni peşə proqramlarının əlavə edilməsi məqsədilə təlim və praktiki təlimlərin keçirilməsi üçün müvafiq infrastruktur yaradılacaq. Həmçinin, TDU-nun rektoru Caba Samuşianın təşəbbüsü ilə sözügedən binada TDU-nun tələbələrinə, akademik və inzibati heyətinə sağlam həyat tərzinin qayğısına qalmağa, idmanla məşğul olmağa və kompleksin xidmətlərinin güzəştli tariflərlə istifadəsinə imkan verəcək idman-reabilitasiya sahəsi təşkil olunacaq. Mövcud idman infrastrukturu yenilənəcək, müxtəlif idman növləri üçün əlavə məkan, o cümlədən 25 metrlik hovuz tikiləcək.
Binanın tikintisinin layihə-xərc uçotu sənədlərinin hazırlanması ilə əlaqədar müsabiqə keçirilmişdir və müsabiqədə “Tbilkalakproyekt” şirkəti qalib gəlib. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.
Müəllif -
Mehemmed Bayramaliyev