Tbilisi Dövlət Universitetində tələbələrin bir hissəsi etiraz aksiyası keçirir
Tbilisi Dövlət Universitetində tələbələrin bir hissəsi etiraz aksiyası keçirir.
Tələbələr və Kekelidze küçəsindəki mənzildən ailənin çıxarılması zamanı cinayət qaydasında saxlanılmış Akaki Çikobava və Qiorqi Xasaianın tərəfdarları onların azadlığa buraxılmasını tələb edirlər. Akaki Çikobava Tbilisi Dövlət Universitetində müəllim, Qiorqi Xasaia isə İlia Dövlət Universitetinin tələbəsidir.
Aksiya iştirakçılarının bir hissəsi universitetin həyətinə toplaşıb, bir qismi isə universitetin dəftərxanasının otağını zəbt edib.
Aksiya iştirakçısı Qiorqi Chanturianın dediyi kimi, onlar müəllimləri və professorları etiraza və tətilə qoşulmağa çağırırlar.
“Biz dəftərxananın otağını ələ keçirdik. TDU və İlia Dövlət Universiteti rəsmi açıqlama verənə və Akaki Çikobava və Qiorqi Xasaianı dəstəkləməyənə qədər dəftərxananın fəaliyyəti davam etməyəcək. Biz müəllim və professorları bu etiraza qoşulmağa və tətilə çıxmağa çağırırıq. Bu tətil həmrəylik xarakteri daşıyacaq”- Qiorqi Chanturia açıqlayıb.
Bundan başqa, aksiya iştirakçılarından biri, tələbə Mariam Şurğaia bildirib ki, Akaki Çikobava və Qiorqi Xasaia azad olunmasa, aksiyalar davam edəcək.
“Nəticəmizi alana qədər burada olacağıq. Bizim təklifimizə gəlməlidirlər, əks halda bu aksiyalara daha da artacaq, dayanmağı planlaşdırmırıq. Vətəndaşların son yaşayış yerindən çıxarılmasının dayandırılması və Akaki Çikobava və Qiorqi Xasaianın azadlığa buraxılması bizim əsas tələblərimizdir”- Mariam Şurğaia açıqlayıb.
Dünən, Tbilisidə Kekelidze küçəsində yerləşən mənzildən ailənin çıxarılması zamanı cinayət qaydasında saxlanılmış Akaki Çikobava və Qiorqi Xasaia barəsində həbs qətimkan tədbiri seçilib.