Tbilisi Dövlət Universitetində tələbə özünüidarəetmə seçkiləri başa çatıb
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin səkkizinci çağırış tələbə özünüidarəetmə seçkiləri baş tutdu. Səsvermə prosesi başa çatıb və saat 18:00-a qədər bütün seçki məntəqələri bağlanıb.
Tbilisi Dövlət Universitetindən verilən məlumata görə, MSK-ya heç bir şikayət daxil olmayıb və hazırda məntəqə seçki komissiyalarında səslərin hesablanması prosesi gedir.
“Gün ərzində seçki məntəqələrində səsvermə seçki qaydalarına riayət olunmaqla, şəffaf və dinc şəraitdə keçirilib. Seçkilərin nəticələrinə təsir edə biləcək heç bir ciddi qüsur yox idi.
Seçki Komissiyasının məlumatına əsasən, universitetin müxtəlif binalarında saat 08:00-da bütün seçki məntəqələri açılıb və saat 09:00-da səsvermə başlayıb. Hər bir seçici müvafiq kurs üzrə qeydiyyatdan keçmiş seçki subyektlərinə səs verib. Seçicilər təyin edilmiş qaydalarla müəyyən edilmiş sayda namizədi seçiblər” – Tbilisi Dövlət Universitetindən bildirilib.
Onların verdiyi məlumata əsasən, Tbilisi Dövlət Universitetinin özünüidarəetmə seçkilərini üç qeyri-hökumət təşkilatı müşahidə edib: “Ümumi Vətəndaş Hərəkatı – Çoxmillətli Gürcüstan”, “Demokratik Gürcüstan üçün Yeni Nəsil”, “İnstitusional İnkişaf və Monitorinq Mərkəzi”, o cümlədən iki namizədin nümayəndələri.