Tbilisi Dövlət Universitetində rektor seçkiləri keçirilir
Tbilisi Dövlət Universitetində rektor seçkiləri keçirilir

 

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində rektor seçkiləri keçirilir.

TDU rektorluğu üçün yalnız bir namizəd – Caba Samuşia müraciət edib. Caba Samuşia hazırda TDU-nun rektoru vəzifəsini icra edir.

Universitetin Akademik Şurası 30-cu rektoru siyahı tərkibinin səs çoxluğu ilə seçəcək. Seçkilərdə səslərin hesablanması prosesini “Gənc Hüquqşünaslar” qeyri-hökumət təşkilatının iki müşahidəçisi izləyir.

Məlumat üçün bildirək ki, Qiorqi Şarvaşidze oktyabrın 7-də TDU-nun akademik şurasına rektor vəzifəsindən istefa tələbilə müraciət edib.