Tbilisi Dövlət Universiteti tələbələr üçün yataqxananın tikintisinə başlayır
Tbilisi Dövlət Universiteti tələbələr üçün yataqxananın tikintisinə başlayır

 

Tbilisi Dövlət Universiteti tələbələr üçün yataqxananın tikintisinə başlayır.

TDU-dan açıqlandığı üzrə 350 tələbə üçün nəzərdə tutulmuş yataqxana Yüksək Enerji Fizikası İnstitutunun ərazisində yerləşəcək və müasir standartlara tam cavab verəcək.

Verilmiş məlumatda tikinti işlərinin iki mərhələdə aparılacağı deyilir. Birinci mərhələdə binanın layihələndirilməsi və möhkəmləndirilməsi işləri aparılacaq, ikinci mərhələdə isə bütün binanın bərpası həyata keçiriləcək.

Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşianın qeyd etdiyi kimi, yataqxananın ərazisində tələbə məkanları və idman meydançaları təşkil olunacaq. O, binanın tələbələrin ehtiyaclarına uyğunlaşdırılacaq müasir avadanlıqlarla təchiz olunacağını bildirib.

Universitetin artıq həyata keçirməyə başladığı tələbə yataqxanası çox vacib layihədir. Yeni yataqxana tələbələrin tələbatını maksimum qarşılayacaq, onlar üçün müvafiq şərait yaradacaq. Yataqxana müasir infrastrukturla təchiz olunacaq və beynəlxalq standartlara uyğun olacaq. Binadan kənarda yaşıllaşdırma işləri aparılacaq və açıq yerlər təşkil olunacaq” – deyə rektor açıqlayıb.

Tələbə yataqxanasının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.