Tbilisi Dənizi Hospitalında bir pasiyentin koronavurusu təsdiqləndi
Tbilisi dəniz hospitalında dünən 32 nəfərə koronavirus testi keçirildi və onlardan birində covid-19 təsdiqləndi.
Bu haqda məlumatı Tbilisi Dənizi Hospitalının klinika direktoru Marex Bekaia verdi.
“Dünən axşam saatlarında gətirilən 30 yaşına qədər qadın Saburtalo klasterinə aiddir. Pasiyent karantin zonasından idi. Koronavirusu təsdiqləndiqdən sonra o Mtsxetanın Birinci Tibb Mərkəzinə keçirildi” – dedi Bekaia.
Onun dediyinə görə, klinikada 31 pasiyent müalicə olunur.
Hazırda onlardan 23-nə test keçirilir.