Tbilisi Beynəlxalq Hava Limanında sərnişin ötürücülüyünü artırmaq üçün pasport nəzarəti zonası genişləndirilib
Tbilisi Beynəlxalq Hava Limanında sərnişin ötürücülüyünü artırmaq üçün pasport nəzarəti zonası genişləndirilib

 
Tbilisi Beynəlxalq Hava Limanında sərnişin ötürücülüyünü artırmaq üçün pasport nəzarəti zonası genişləndirilib- bu barədə “TV Georgia”nın məlumatında qeyd olunub.

Qurumdan verilmiş məlumatda bildirilir ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” sərnişinlər üçün əlavə rahatlıq yaratmaq məqsədilə hava limanının infrastrukturunun daim təkmilləşdirilməsinə sərmayə qoymağa davam edir.

“Tbilisi Beynəlxalq Hava Limanında sərnişin ötürücülüyünü təşviq etmək və sərhəd-keçid məntəqəsində növbələri azaltmaq üçün sərhəd köşkləri tamamilə dəyişdirilərək modernləşdirilib.

Tbilisi Beynəlxalq Hava Limanının uçuş məkanında 10 yeni, müasir dizaynlı kabinə yerləşdirilib. Layihə nəticəsində pasport nəzarəti sahəsinin uzunluğu səkkiz metr, sahəsi isə 240 kvadratmetr artırılaraq, ümumilikdə 510 kvadratmetr təşkil edib, bu da sərnişin ötürücülüyünü xeyli yaxşılaşdıracaq. Layihəyə qoyulan sərmayənin həcmi 350 min larini keçir” – “Tav Georgia”da bildirirlər.