Tbilisi Beynəlxalq Hava Limanında ən müassir qlobal sərnişin qeydiyyatı sistemi işə salınıb
Tbilisi Beynəlxalq Hava Limanında qlobal sərnişin qeydiyyatı sisteminin- “CUPPS”un son versiyası tətbiq edilib.
“Tav Georgia” tərəfindən verilmiş məlumatda “İATA” tərəfindən təsdiq edilmiş müasir sistemin həm sərnişinlərin, həm də aviaşirkətlərin xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin edən müxtəlif xidmətlərin məcmusu olduğu deyilir.
“Hər bir aviaşirkət sərnişin qeydiyyatı/otinq fərdi sistemindən (DCS) istifadə edir, “CUPPS”in tətbiqi nəticəsində isə müxtəlif aviaşirkətlərin həm sərnişinlərin qeydiyyat məntəqələrində (Check-in), həm də çıxışlarda (Gate) eyni avadanlıq və məkandan istifadə etməsi mümkün olacaq.
“CUPPS” platforması Tbilisi Beynəlxalq Hava Limanında 2021-ci ildə tətbiq edilib və bir neçə dəfə yenilənib. Sistemin ən son, müasir versiyası artıq Tbilisi Beynəlxalq Hava Limanında fəaliyyət göstərir” -deyə “Tav Georgia”da açıqlayırlar.