Tbilisi Beynəlxalq Hava Limanında bu gün İstanbula planlaşdırılan reyslərin qrafikə uyğun yerinə yetiriləcəyini bildirirlər
Tbilisi Beynəlxalq Hava Limanında bu gün İstanbula planlaşdırılan reyslərin qrafikə uyğun yerinə yetiriləcəyini bildirirlər

 

Türkiyədə qar və pis hava şəraiti səbəbindən ötən gecə Tbilisidən İstanbula “Sabiha Gökçen” Hava Limanına 4 reys təxirə salınıb.

Tbilisi Beynəlxalq Hava Limanından açıqlandığı üzrə İstanbulun “Sabiha Gökçen” Hava Limanına yağan qar səbəbindən “Pegasus Hava Yolları” və “Türk Hava Yolları”nın reysləri Tbilisiyə uça bilməyib, bu səbəbdən Tbilisidən İstanbula planlaşdırılan reyslər də təxirə salınıb.

Hava limanından verilən məlumatda bu gün İstanbula planlaşdırılan reyslərin qrafikə uyğun yerinə yetiriləcəyi deyilir.

Hazırda saat 12:20-də İstanbul Hava Limanına yola düşəcək “Türk Hava Yolları”nın TK 379 saylı reysinə sərnişinlərin qeydiyyatı aparılır.