Tbilisinin Şota Rustaveli adına Beynəlxalq Hava Limanı artıq bir neçə reysi qəbul edib.
“Tav Georgia”dan Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə “Air Arabia” və “Şarja Tbilisi”nin təyyarələri artıq Tbilisi hava limanına enib.
“Dubayın üç reysindən ikisi Tbilisiyə, biri Bakıya, Özbəkistan Hava Yollarının Daşkənd-Tbilisi reysi isə Soçi hava limanına uçub”- deyə “Tav Georgia”da açıqlayırlar.
Verilən məlumatda səhər saatlarında Tbilisiyə enməli olan Bakı, Yerevan və İstanbul reyslərinin bir neçə saat gecikdiyi deyilir.
Güclü duman səbəbindən bu gün Tbilisi Beynəlxalq Hava Limanında bir neçə reys həyata keçirilə bilməyib.